"Zəka Media Forum" keçirildi - ŞƏMKİRDƏ

OXUNUB: 780 SOSİAL

Şəmkir rayon Gənclər və İdman İdarəsi, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi və "ARB 24” telekanalının birgə təşkilatçılığı ilə "Milli Mətbuat və Jurnalistika Günü” münasibəti ilə "Media Forum” keçirildi.

Media Forumda "ARB 24” telekanalının baş direktoru Nadir Şəfiyev"Gənclər siyasətinin həyata keçirilməsində medianın rolu” paneli üzrə çıxış etdi.

"Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Ramin Cəfərov və qonaqlar Şəmkirdə gənclər siyasəti, mediada gənclərə yaradılan imkanlar, mediada beynəlxalq təcrübə, internet medianın inkişaf tendensiyası və perispektivləri, Sosial medianın gənclərin həyatında rolu mövzularında geniş fikir bildirdilər.

Daha sonra, "ARB 24” telekanalı "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən "Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə fəxri fərmanla təltif edildi.

 

İcmal.Az

 



RƏYLƏR