Yevlaxda yanğın zamanı xəstəxananın 4 və FHN-in 2 əməkdaşı tüstüdən zəhərlənib

OXUNUB: 954 SOSİAL HADİSƏ

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı xəstəxananın 4 əməkdaşı tüstüdən zəhərlənib.

 Həmin şəxslər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Report"a fakt təsdiqlənib.

Yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşı da zəhərlənib. Həmin şəxslərə oksigen balonu vasitəsilə ilkin tibbi yardım göstərilib. Hazırda həmin şəxslərin vəziyyəti normaldır./report

 

İcmal.Az

RƏYLƏR