Yerdə uzanan uşaq cəsədləri, bombalanan şəhər... - 22 nəfər niyə öldürüldü?

OXUNUB: 845 DÜNYA

İŞİD üç gün əvvəl Mançester şəhərində törətdiyi terrordan aylar əvvəl qərblilərdən nifrət etmək üçün 6 səbəbin göstərildiyi məqalə hazırlayıb.

İcmal.Az "Mirror"a istinadla xəbər verir ki, "Biz sizdən niyə nifrət edirik və sizinlə mübarizə aparmaq istəyirik?" adlanan məqalə ötən ilin yayında nəşr edilib.

İŞİD-in qəzeti olan "Dabiq"də nifrətin 6 əsas səbəbi qeyd olunub.

1. Çünki siz kafirlərsiniz

2. Çünki siz liberalsınız

3. Çünki çoxunuz Allahın varlığını danırsınız

4. Çünki cinayətləriniz İslama ziddir

5. Çünki cinayətlərinizin çoxu müsəlmanlara qarşıdır

 
6. Çünki bizim ərazilərimizi işğal etmisiniz

İngiltərənin Mançester şəhərindəki stadionu üzərinə bağladığı bomba ilə partladan 22 yaşlı liviyalı Salman Abedinin bacısı Comana iddia edir ki, qardaşı Amerikanın Suriyanı bombalamasına cavab olaraq terror törədib.

"Wall Street Journal"ə açıqlama verən Comana deyib:

"Düşünürəm ki, o, Suriyada yerdə uzanan uşaq cəsədlərini gördü və intiqam almaq istədi. Qardaşım Amerikanın Suriyanın üzərinə zərbələr endirməsinə görə çox narahat idi".

Salman Abedinin törətdiyi terror nəticəsində isə ölənlərin çoxu yeniyetmələrdir. Onlar məşhur amerikalı müğənni Ariana Qrandenin konsertini izləməyə gələrkən terrorun qurbanı olublar. Ölənlər arasında ən azyaşlısı isə 8 yaşlı Saffidir. Anası yaralı olduğuna görə, onun ölümündən xəbərsizdir.

Polis hadisədən sonra terrorla bağlı 10 nəfəri saxlayıb. Araşdırmalar davam edir.
İcmal.Az

RƏYLƏR