Vüqar Səfərli: “Ölkə başçısının göstərdiyi etimadı doğrultmağa çalışacam”

OXUNUB: 1171 index-manşet SOSİAL
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yenidən bu vəzifəyə təyin edilməsinə münasibət bildirib.


V.Səfərli "Ölkə.Az”-a açıqlamasında sözügedən sərəncamla əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

"Cənab Prezidentimiz məni yenidən bu vəzifəyə təyin etdiyi üçün dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çalışacam ki, bir daha ölkə başçısının göstərdiyi bu etimadı doğruldum”. 

Xatırladaq ki, Prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yenidən icraçı direktoru təyin edilməsi ilə əlaqədar sərəncam imzalayıb.
 
İcmal.Az

RƏYLƏR