Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər
tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar - Aidə
Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.
***
12.24
Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.
Yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında
qeydə alınıb.
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar./apa
İcmal.Az