Ukrayna idmançısının qətlində şübhəli bilinən azərbaycanlıdan XƏBƏR VAR

OXUNUB: 100 HADİSƏ
Ukrayna idmançısını öldürməkdə şübhəli bilinən azərbaycanlı məhkəmə qarşısına çıxacaq.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Odessa şəhər prokurorluğu mayın 16-da Malinovski rayon məhkəməsinə Babək Dəmir oğlu Həsənovun adının hallandığı cinayət işinin materiallarını göndərib.
 
Qeyd edək ki, 2015-ci il aprelin 8-də Ukraynalı kikboksçu Sergey Laşenko 1 nömrəli Odessa şəhər kliniki xəstəxanasının ərazisində güllələnib. S. Laşenko dostları ilə birgə mərkəzi Deribasovskaya küçəsində bir qrup şəxslə mübahisə edib. Dava zamanı atəş açılıb. S. Laşenko və onun dostları xəstəxanaya müraciət ediblər. Onların mübahisə etdiyi şəxslər isə xəstəxanaya gələrək idmançını güllələyib. Cərrahiyə əməliyyatı zamanı kikboksçu ölüb.
 
İcmal.Az

RƏYLƏR