Tramp erməniləri məyus edəcək

OXUNUB: 734 DÜNYA
"Hesab edirəm ki, ABŞ prezidenti Donald Tramp "erməni soyqırımı"nı tanımayacaq".

İcmal.Az istipress-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən "Hayastan" Fondunun ali rəsmisi Mariya Meqranyan "news.am" saytına müsahibəsində deyib.

M.Meqranyan bildirib ki, "erməni soyqırımı"nın tanınması üçün xaricdəki erməni lobbisi Ermənistan hökuməti ilə mütəmadi işləyir.

"Bu "soyqırım"ın hər hansı ştatda tanınması bizim üçün böyük qələbə olacaq. Lakin Trampın idarəetmə üsuluna, siyasi fəaliyyətinə diqqət etdikdə, onun bu  "genosid"i tanıyacağı real görünmür", - deyə Mariya Meqranyan bildirib.
 
İcmal.Az

RƏYLƏR