Suriyada qaçqınlar düşərgəsində partlayış: Ölən və yaralananlar var

OXUNUB: 912 DÜNYA

Suriya sərhədində yerləşən Rakban düşərgəsində baş verən partlayışda 2-si uşaq olmaqla, 3 nəfər ölüb, daha üç nəfər yaralanıb. 

İcmal.Az milliyet.com-a istinadən xəbər verir ki, Rakban düşərgəsində çadırların birində partlayış baş verib. 

Hadisə zamanı eyni ailədən olan ikisi uşaq olmaqla, 3 nəfər ölüb, daha 2 uşaq və bir böyük adam yaralanıb. 

Rakban düşərgəsində 85 min suriyalı qaçqın sığınacaq tapıb. 

Partlayışın səbəbi aydınlaşdırılır. 

 

İcmal.Az

RƏYLƏR