SON SƏQİQƏ: Azərbaycanda bu kanalın yayımı dayandırıldı - MTRŞ-dən AÇIQLAMA

OXUNUB: 712 Özəl HADİSƏ
Artıq uzun müddətdir "Azərbaycanın AMC" ("Azerbaijan Music Channel") musiqi telekanalının yayımı dayanıb. Kabel televziyası demək olar ki, heç yerdə yayımlanmır. Kanalın yayımının niyə dayandığı isə heç kəsə bəlli deyil.

Məsələylə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əlaqə saxladıq. MTRŞ-ının Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, bu məsələnin səbəbi ilə bağlı heç bir məlumatları yoxdur:

"Açığını deyim ki, bu haqda heç bir məlumatım yoxdur. Səhv eləmirəmsə, AMC kabel televiziyasıdır. Bizim lisenziya verdiyimiz kanal deyil".

Kanalın mətbuat xidməti ilə əlaqə saxlamaq isə mümkün olmadı.

Lakin iddia olunur ki, AMC kanalı yaranan texniki problemlərə görə ölkədə yayımlana bilmir. 

RƏYLƏR