SOCAR işçiləri qurumun sözçüsünü məhkəməyə verəcək? - QALMAQAL

OXUNUB: 1142 Özəl HADİSƏ

Bir müddətdir ki, on minlərlə insanın çalışdığı SOCAR-da işçilərin faktiki tutduğu vəzifələrin beynəlxalq standartlara uyğunluşdarılması ətrafında müzakirə və mübahisələr gedir.

İcmal.Az-ın verdiyi xəbərə görə, həm mətbuat, həm sosial şəbəkələr səviyyəsində gedən bu müzakirələrdə diqqət çəkən məqamlar az deyil.

Bir tərəfdən işçilər ixtisas dərəcələrinin aşağı salınması nəticəsində əmək haqqlarının əhəmiyyətli dərəcədə aşağı düşməsindən şikayətlənir, digər tərəfdən SOCAR rəsmiləri bunu təkzib edir.

Müzakirəyə qoşulanlardan biri (Elnur Məmmədov) isə diqqəti bu narahatçılıqdan yaranan problemə yönəltməyə çalışıb: "Necə standartlardısa, necə kadr siyasətidirsə, heç kimdə istehsalat barədə düşünəcək baş qalmayıb daha. Hamı dərəcəsinin, ixtisara düşməsinin, qasırğalı hava olarsa gün itirəcəyinin, basabas qırğında gəmiyə necə minəcəyinin, yeməkxanada keyfiyyətsiz bahalı yeməyi necə yeyəcəyinin, yataqxanada pis günə qalmış otağının dərdini çəkir. Yenə deyirəm, heç kimin fikiri istehsalatda deyil. Hamı sosial, maddi və mənəvi problemlər yaşamaqdadır

Ötən gün isə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlının ixtisas dərəcələrinin aşağı salınması nəticəsində, 2 neftçinin stress səbəbindən infarkt keçirdiyi, onlardan birinin (28 May NQÇİ-nin Kadrlar şöbəsində işləyən 12-ci dərəcəli mühəndis, 1970-ci il təvəllüdlü Bahar Qasımovan) isə hətta xəstəxanada həyatı ilə vidalaşdığı haqqında məlumat paylaşması müzakirələri daha da qızışdırıdb.

Mirvari Qəhrəmanlının sosial şəbəkədə bu məsələni daim diqqətdə saxlaması, SOCAR-ın PR şöbəsinin əməkdaşı İbrahim Əhmədovun da bu statuslara aktiv reaksiyası da diqqət çəkir.

Mirvari xanımın son statuslarından birini isə ixtissas dərəcələri azalan və bunun nəticəsində maaşı azalacaq neftçilərə bir çağırış da adlandırmaq olar:

SOCAR sözçüsü İbrahim Əhmədov deyir: "SOCAR-da isə faktiki əmək haqqı əvvəlki kimi qalır. Bəyan edildiyi kimi, əgər dərəcə azalarsa, aradakı fərq, əmək haqqının tərkibində maaşa əlavə olunacaq. Bununla da həmin işçiyə əvvəlki əmək haqqı veriləcək"

Əgər əmək haqlarınız aşağı düşsə, babalı İbrahim bəyin boynuna. Onu məhkəməyə də verə bilərsiniz. ????

Ona görə ki, heç bir SOCAR rəsmisi bunu yazılı bəyan etmir. İbrahim bəy isə bəyan edir. Özü də sosial şəbəkədə. Hansı ki, dostluğumda olan 4884 nəfər, izləyən isə 5515 nəfərdir. Bu qədər şahid!"

İbrahim Əhmədov isə cavabında bu tip açıqlamanın ondan əvvəl də rəsmən verildiyini bildirib. "Mən sadəcə mənə verilən məlumatları Sizinlə və izləyicilərinizlə facebook səhifənizdə bölüşürəm. Mən də Sizə cavab verirəm, lakin Sizi heç kimi məhkəməyə verməyə təşfiq etmirəm".

İcmal.Az

 


RƏYLƏR