Sərxoş kişi ilanı qadın sanıb öpdü və OLANLAR OLDU

OXUNUB: 63 DÜNYA

ABŞ-ın Florida ştatının sakini ilanı öpmək istəyib və nəticədə ilanın hücumuna məruz qalıb.

Bu barədə onun dostu jurnalistlərə məlumat verib. Qeyd edib ki, dostu sərxoş imiş. Zınqırovlu, nəhəng ilanı görüb və ona yaxınlaşaraq, qızdan gözəl olduğunu deyib və öpüb. Amma elə qız kimi də inadcıl olan ilan onu öpən kişini cavabsız qoymayıb. Dərhal kişinin dilindən çalıb.

Kişini helikopterlə xəstəxanaya çatdırıblar. Hazırda vəziyyəti ağırdır.

Qeyd edək ki, zınqırovlu ilan ən təhlükəli ilanlardandır. Onu zəhərindən nadir halda sağ qalan adam tapılar. Vətəni Florida olduğundan burada bu ilana sıx rast gəlmək olar. Dərisinin gözəlliyinə görə çoxları bu ilanı həyətlərindəki kiçik heyvanat bağçasında saxlayırlar. Amma qanunla qadağandır. ABŞ-da cinayətkar dəstə üzvləri çox vaxt özlərinə "Rattlesnake”, yəni "zınqırovlu ilan” ləqəbi götürürlər.//publika

İcmal.Az

RƏYLƏR