Şəhidin adına salınmış bağı yerlə yeksan etdilər - ABŞERON RAYONUNDA BİABIRÇILIQ+VİDEO

OXUNUB: 752 Özəl HADİSƏ
Abşeron rayonunun Mehdiabad qəsəbəsində salınmış Gənclər şəhərciyində xoşagəlməz hadisə baş verib. Belə ki, şəhərcik sakininin şəhid qardaşının adına saldığı bağ bu gün naməlum şəxslər tərəfindən dağıdılıb. 

Qeyd edək ki, Gənclər şəhərciyində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, şəhid ailəsinin üzvü Məlikov Faiq Siyavuş oğlu yaxınlıqdakı zibilxananı təmizləyərək bağ salıb. Ancaq bu gün həmin bağ məhv edilib.

Faiq Məlikov baş vermiş hadisə ilə bağlı Moderator.az-a bunları deyib:  

"Gördüyünüz bu bağı mən salmışam, gül-çiçək, dekorativ ağaclar əkmişəm. Əraziyə əvvəlcə zibil tökülürdü, iydən-qoxudan sakinlər evlərində otura bilmirdilər. Mən qonşularla birlikdə ərazidəki zibili yığıb daşıdım və yerində bağ saldım. Qonşulara da elan etdim ki, axşamlar uşaqlarınızı da götürüb burada istirahət edin. Qeyd edim ki, dövlət səviyyəsində təsdiq olunmuş müvafiq proqrama uyğun olaraq bu ərazi park olmalı idi. Lakin 5 ildir burada yaşamağımıza baxmayaraq heç bir park salınmadı, gözləyə-gözləyə qaldıq. Məcbur olub özümüz işə başladıq, zir-zibili təmizləyib bağ saldıq. Ancaq bu səhər, yəni 13.05.2017-ci il tarixində bəzi şəxslər sanki erməniyə hücum edirmiş kimi bu gözəl bağımıza hücum etdi, bağı dağıtdı. Bu bağı mən həm də şəhid olmuş qardaşım Natiq Məlikovun adına salmışdımş. Düşünmüşdüm ki, bina sakinləri düşüb burda istirahət edərlər, həm də qardaşımın ruhuna rəhmət oxuyarlar.  Ancaq indi anladım ki, yanılmışam, şəhidə hörmət qouyulmurmuş burada. Bu hərəkət şəhid adına, şəhid ailəsinin üzvlərinə olan diqqət və qayğının  göstəricisidir". 

Faiq Məlikov hadisə zamanı çəkilmiş video görüntünü dəgöndərib./bizimyol.info
 
İcmal.Az


RƏYLƏR