Rusiya Türkiyədəki yeni səfir vəzifəsinə namizədinin adını açıqladı

OXUNUB: 72 DÜNYA

Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsi Rusiya XİN-in situasiya-böhran mərkəzinin departamentinin rəhbəri Aleksey Yexovun Türkiyədə ölkə səfiri vəzifəsinə namizədliyini dəstəkləyib.  

İcmal.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

Rusiyanın Konstitusiyasına görə, prezident federal iclasın müvafiq komitələr və komissiyalar ilə konsultasiyalardan sonra səfirləri təyin edir və ya geri çağırır. 

Yerxovun namizədliyi Dövlət Dumasının plenar iclasında təsdiqlənməlidir. 

Xatırladaq ki, Rusiyanın Türkiyədəki 62 yaşlı səfiri Andrey Karlov Ankarada dekabrın 19-da Müasir incəsənət qalereyasında "Rusiya türklərin gözü ilə” fotosərgisində çıxışı zamanı qətlə yetirilib. 

Atəş açan şəxs zərərsizləşdirilib. Rusiyanın İstintaq Komitəsi "Beynəlxalq terrorizmi aktı” maddəsi ilə cinayət işi açıb. 

 

İcmal.Az

RƏYLƏR