Rusiya Rakkadan qaçan İŞİD-çiləri darmadağın etdi - Video

OXUNUB: 846 DÜNYA

Rusiya aviasiyası mayın 25-də Rakkadan çıxan və Palmiraya istiqamətlənən İŞİD-ə məxsus 32 "pikap” avtomobili və 120 terrorçunu məhv edib.

Rusiya Müdafiə Nazirliyindəki mənbə yalnız aviasiyanın zərbələrindən 7 "pikap” avtomobilinin xilas olduğunu bildirib.

Həmçinin qeyd edilir ki, Rusiya PUA-ları Rakka üzərində gecə-gündüz növbə çəkirlər və İŞİD-çilərin Rakkadan çıxmasına nəzarət edir. Bildirilir ki, terrorçuların qaçmasına imkan verməmək üçün Rakkadan çıxan yollar zərbə altında saxlanılır.

***

Rusiya Müdafiə Nazirliyi Rakkadan qaçan İŞİD kolonunun məhv edildiyi görüntülərini yaydı./axar.az

İcmal.Az

RƏYLƏR