"REAL"ın daha bir fəal üzvü hərəkatı tərk etdi: "ÇOX FİKİRLƏŞDİM, ÇIXIRAM"

OXUNUB: 1615 SİYASƏT
İCMAL.az xəbər verir ki, bu barədə hərəkatın 2012-ci ildən üzvü olan Cavid Qara öz facebook səhifəsində şərh yazıb. Şərhi olduğu kimi təqdim edirik: "2012 ci ildən REAL hərəkatının üzvüyəm. Hələ İlqar bəy həbs edilməmişdən öncədən. İndiyə qədər əlimdən gələn köməyi etmişəm. Bu günlərdə bu barədə çox fikirləşdim. Artıq heç bir partiya mənsubiyyətimin olmasını istəmirəm. REAL dan çıxmaq haqda qərarımın REALın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. İndiki halda ən mütərəqqi hərəkat kimi REALı görürəm. REALı dəstəkləyirəm. Sabah seçki olsa səsim və dəstəyim REALındır. REALa Uğurlar!"

Məlumat üçün qeyd edək ki, son bir neçə ayda hərəkatda ciddi şəkildə parçalanma hökm sürür. Bir müddət öncə tanınmış iqtisadçı ekspert Rövşən Ağayev üzvü olduğu REAL Hərəkatından istefa verib. İCMAL.az saytının məlumatına görə, bu barədə xəbəri R.Ağayevin özü verib.

"2011-ci ildən bəri İdarə Heyətinin (İH) üzvü olduğum REAL Hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu. Səbəbləri haqda çox qısa bunları deyəcəm. Təşkilatın İH-nin hər bir üzvü REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədəkar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin İH-dən gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Bu qərarı qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Otən 6 ildə REAL-ın proqramının işlənməsi xarici bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizlərdən gözləntriləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var...”,-R.Ağayev bildirib.

İCMAL.az-a daxil olan digər məlumata görə qurumun İdarə Heyətində olan ALTAY GÖYÜŞOV VƏ AZƏR MEHDİYEV də istefaya hazırlaşır. Görünən odur ki, REAL hərəkatı təşkilatlanmaya doğru deyil, parçalanmaya doğru gedir.

Mövzunu davam erdirəcəyik.

İCMAL.az
 

RƏYLƏR