Qanunda ŞOK dəyişiklik — Ali məktəblərə qəbul imtahansız olacaq

OXUNUB: 1245 GÜNDƏM SOSİAL

Milli Məclisin Elm və təhsil komitəsində "Təhsil haqqında" qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

İCMAL.Az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihə ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.

Layihəyə əsasən, hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Müzakirə zamanı deputatlar rəy və təkliflərini diqqətə çatdırıblar. Yekunda "Təhsil haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

-----------

Azərbaycanda "Təhsil haqqında" Qanuna yeni dəyişiklik edilir.

Dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.

İCMAL.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.

A.Mollazadə kursların ödənişli nəzərdə tutulduğunu deyib.

 

RƏYLƏR