Prezidentlərin görüşü ilə bağlı MÜDHİŞ İDDİA: bu şərtlər Ermənistana diktə ediləcək

OXUNUB: 1189 index-manşet SİYASƏT
Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcək. Bu informasiya fonunda Ermənistan prezidenti Serj Sarkisyanın erməni mediasına müsahibəsində dediyi fikirlər diqqət çəkir.
 
Erməni siyasi şərhçi Sarkis Artsruni Sarkisyanın prezidentlərin görüşünə getmək istəmədiyini yazır: "Onun müsahibədə dediyi fikirlər də bunu göstərir. Lakin Sarkisyan bu görüşə getməyə məcburdur, çünki Moskvanın təşəbbüsünü rədd edə bilmir”.

S.Artsruni əlavə edir ki, Rusiyanın təşəbbüsü Ermənistan üçün yaxşı heç nə vəd etmir.

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və bu formatda hərəkət edir. Lakin faktiki olaraq, prosesi inhisara alaraq, öz təşəbbüsünü irəli sürür. Moskvanın təşəbbüsü ilə Azərbaycan-Rusiya-Ermənistan formatında keçirilən görüşlərdə həmişə İrəvan ya birtərəfli güzəştlərə məcbur edilir, ya da müharibə xəbərdarlığı alır. Yəni ya əraziləri qaytar, ya da müharibə başlayacaq. "Lavrov planı” (Rusiyanın ərazilərin mərhələli şəkildə qaytarılmasını nəzərdə tutan planı - red.) adlandırılan təkliflər və ötən il baş verən "aprel müharibəsi” də bunu göstərir”, - deyə o bildirib.

Erməni siyasi şərhçi İrəvanın Vyana razılaşmasının yerinə yetirilməsi tələbindən geri çəkildiyini qeyd edir.

Vyana razılaşmasında təmas xəttində "atəşkəsə nəzarət mexanizmləri”nin yaradılması qeyd olunur. Bu isə işğalın davam etməsinə səbəb olan mövcud status-kvonun möhkəmləndirilməsinə xidmət edir.

"Sarkisyan Əliyevlə görüşə məğlub kimi gedir və heç bir şərt irəli sürə bilməyəcək. Əksinə, Rusiyanın təşəbbüsü ilə keçirilən görüşdə Ermənistana şərtlər diktə ediləcək”, - deyə S.Artsruni bildirib.
 
 
İcmal.Az

RƏYLƏR