Məcburi köçkün festivalda qalib oldu

OXUNUB: 1002 MƏDƏNİYYƏT

İyul ayının 6-dan 13-ə qədər Gürcüstanın Barjomi şəhərində VI "Harmoniya” Beynəlxalq Müsiqi Festivalı keçirilib. Festivalda Azərbaycan,Türkiyə, ABŞ, Qazaxıstan, Ermənistan və digər ölkələrin nümayəndələri iştirak ediblər.

 Hər ilin iyul ayında Barjomidə keçirilən festivalda musiqi məktəblərinin şagirdləri iştirak edərək klassik və müasir solo, fortepiano, skiripka və digər alətlər üçün yazılmış əsərləri ustalıqla  nümayiş etdiriblər. 

Hər il olduğu kimi bu ildə Azərbaycanın müxtəlif musiqi məktəblərinin şagirdləri festivalda aktiv iştirak edərək müxtəlif nominasiyalar üzrə qalib olublar. Belə şagirdlərdən biri də Sumqayıt şəhərində yerləşən Qubadlı rayon  Fəxrəddin Hüseynov adına Mahmudlu kənd musiqi məktəbinin üçüncü sinif şagirdi Əminə Yaqut Nəsirlidir. Balaca pianoçu bəstəkarlar Azər Dadaşovun "Məzəli rəqs” və Aleksandr  Qrikin " Yolsterin rəqsi” əsərlərini uğurla ifa edərək Münsiflər Heyətinin qərarı ilə festivalın lauriatı adının qazanıb. Şagirdimiz ən yaxşı ifa və səhnə performansına görə yüksək qiymətləndirilib. 

Qeyd edək ki, bu ilki yarışma ötən ilkilərə nisbətən gərgin keçib. Səbəb yarışmada bədxah düşmənlərimizin aktivlik nümayiş etdirməsi və ən əsası, Münsiflər Heyətinin yeddi üzvündən üçünün erməni olması idi. Buna baxmayaraq, Əminə Yaqut  istedadını ortaya qoyaraq öz yaş kateqoriyası üzrə uğur qazana bilib./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR