2017-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2707,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1299,9 min baş inək və camış, 8767,1 min baş qoyun və keçi, 4779 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48,0 faizini inək və camışlar təşkil edir.
İcmal.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin dörd ayı ilə müqayisədə donuzların sayı artıb. Yanvar-aprel ayında ölkədə 4529 baş donuz mövcud olub.
2016-cı il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 17,2 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 3,7 min baş (0,3 faiz), qoyun və keçilərin sayı 56,1 min baş (0,6 faiz) azalıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 237,8 min ton, süd istehsalı 0,8 faiz artaraq 1003,5 min ton, yumurta istehsalı 6,7 faiz artaraq 879,4 milyon ədəd, yun istehsalı isə 3,6 faiz azalaraq 14,7 min ton olub.
Bundan başqa, ölkədə 242 ton barama istehsal edilib bu da son 19 ilin ən yüksək göstəricisidir.
İcmal.Az