Könül Xasıyeva GÖZ YAŞLARINA boğuldu - FOTO

OXUNUB: 1944 ŞOU-BİZNES

Dünən uzun müddətdir ki, onurğa xəstəliyindən əziyyət çəkən Xalq artisti Könül Xasıyevaya həsr olunan xeyriyyə tədbiri keçirilib.

Tədbir "Loqos" psixologiya və nitq mərkəzinin binasında baş tutub. Görüşün aparıcılığı Kamran Quliyevə həvalə olunub.

Səhhətində ciddi problemləri olan Xalq artisti çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib. O, oğlunun da səhhətində problemlər olduğunu etiraf edib.

Xalq artsiti ilə görüşdə modelyer Gülnarə Xəlilova, Fəxriyə Xələfova, millət vəkili Jalə Məmmədova, müğənnilərdən İzzət Bağırov və başqaları iştirak edib.

Qeyd edək ki, səhhəti ağır olan muğam ifaçısı hazırda özəl xəstəxanaların birində müalicə alır./publika

 

İcmal.Az

RƏYLƏR