Azərbaycan Prezidenti İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
İCMAL.az xəbər verir ki, aşağıda adı olan şəxslər KİVDF-nin Müşahidə Şurasının üzvləri təyin ediliblər:
Dövlət orqanlarından:
Quliyev Cəmaləddin Həsən oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
Həsənov Rasim Aydın oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri
Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri
Kütləvi informasiya vasitələrindən:
Həsənov Həsən Zal oğlu - "Xalq qəzeti”nin baş redaktoru
Hüseynov İlqar Məmməd oğlu - "Trend” İnformasiya Agentliyinin baş direktoru
Quliyev Bəhruz Vaqif oğlu - "Səs” qəzetinin baş redaktoru
Jurnalist təşkilatlarından:
Əskərov Ramiz Baxşəli oğlu - Azərbaycan Jurnalistlər Birliyinin baş katibi
Mirzəyev Ayaz Nizami oğlu - "Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri
Rüstəmov Əvəz Cahangir oğlu - "Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.
Sərəncama əsasən, "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 661) 1-ci hissəsi ləğv edilib.