İrandan Azərbayacana narkotik vasitə gətirən və onun alıcısı saxlanılıb.
Daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində 16.07.2017-ci il tarixdə "Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızının saxlanılaraq əşyalarına baxış keçirilib.
Baxış zamanı əşyaların arasından 2 ədəd "ketçup” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar olunaraq götürülüb.
Sonrakı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitənin sifarişçisi AR vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir./qafqazinfo