“Ketçup” qabından heroin çıxdı - Fotolar

OXUNUB: 918 HADİSƏ

İrandan Azərbayacana narkotik vasitə gətirən və onun alıcısı saxlanılıb.

Daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində 16.07.2017-ci il tarixdə "Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızının saxlanılaraq əşyalarına baxış keçirilib. 

Baxış zamanı əşyaların arasından 2 ədəd "ketçup” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar  olunaraq götürülüb.

Sonrakı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitənin sifarişçisi AR vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir./qafqazinfo


 


 
İcmal.Az

RƏYLƏR