Kamal Abdulla Dillər Universitetinə rektor təyin olundu

OXUNUB: 1443 index-manşet SOSİAL

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Dəyişikliyə əsasən,  prezidentin multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla da vəzifəsini itirib. 

İcmal.Az AzerTac-a istinadən xəbər verir ki, prezidentin yeni sərəncamı ilə Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Dillər Universitetinə rektor təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl həmin universitetdə tələbələr dövlət imtahanı ilə bağlı aksiya keçirərək rektor Əfqan Abdullayevə etiraz etmişdilər. 

 

İcmal.Az

RƏYLƏR