Jurnalistdən prezidentə ŞOK müraciət

OXUNUB: 2018 SOSİAL

22 İyul Milli Mətbuat Günü münasibəti ilə bütün media işçilərini təbrik edirəm. Əslində medianın qabaqcıl nümayəndələri ilə münasibətimin yaxşı olmasına çox sevinirəm. Mətbuat mənim inkişafımda əvəzolunmaz təhsil ocağıdır. Aldığım təhsillə yanaşı, mətbuatın da həyatımda mükəmməl rolu var. Mənə təkan verən, ilhamlandıran hər bir media qabaqcılını xüsusilə təbrik edir və təşəkkürlərimi çatdırıram.

 

Prezidentin imzaladığı sərəncam nəticəsində bu əziz insanlardan bir çoxuna ev verildi.  Onların hər birinin bu sevincli gününə çox sevindim, çünki bu mənim də sevincimdi. Ancaq etiraf etməliyəm ki, muasir jurnalistika öz inkişafında pik nöqtəyə Ölkə Prezidenti, jurnalistlərin dostu, himayədarı, hümanist və qayğıkeş insanın xüsusi qayğısı sayəsində çatıb. Bütün media işçiləri kimi mən də Ölkə Prezidentinə Sfera.az kollektivi adından evlə təmin olunan həmkarlarıma görə təşəkkür edirəm.

 

Var olun ki, hər zaman biz gənclərə dəstək və qayğı göstərirsiniz.

Həm Sizin, həm də Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əlyevanın istər gənclər, istərsə media, ümumilikdə isə humanitar sahədə yürütdüyünüz siyasət, habelə onları öz qayğı və dəstəyinizlə əhatə etməyiniz bütün dünya üçün örnəkdir.

 

Cənab Prezident!

 

Sizin və Mehriban xanım Əliyevanın vətənə, xalqa, o cümlədən  mətbuat işçilərinə qarşı olan qayğıkeşliyiniz xalqımız tərəfindən alqışlanır və təqdirə layiqdir.  Biz inanırıq ki, bizim kimi gənclər, xüsusilə də biz- Məmmədovlar ailəsi sizin dəstəyinizlə kirayə evlərdən xilas olub mənzil sahibi olacağıq. Qeyd edim ki, hazırda iki ailə bir mənzilə sığışaraq kirayə qalırıq. Ümid edirəm ki, həmkarlarımı sevindirdiyiniz kimi bizi də sevindirib mənzil sahibi olmağımıza dəstək olacaqsınız.

 

Son olaraq əlavə edim ki, 2008-ci ildən 840 min nəfərlik üzvü olan böyük "Azərbaycan-Azərbaycan" Facebook səhifəmiz və 2012-ci ildən fəaliyyət göstərən Sfera.az xəbər portalı sizin yürütdüyünüz siyasəti dəstəkləyir və xidmət göstərir.

 

Biz Sizinlə fəxr edirik, Cənab Prezident!

 

Hörmətlə,

Sfera.az xəbər portalının Baş redaktoru

Ozal Məmmədov

 

 

İcmal .Az

RƏYLƏR