İt suda boğulan ceyran balasını xilas etdi – VİDEO

OXUNUB: 818 MARAQLI

ABŞ-ın Nyu-York ştatının Port Cefferson şəhərinin sakini Mark Feyli "Storm” ləqəbli itinin suda boğulan ceyran balasını xilas etməsini lentə alıb.

 Amerikalı bildirib ki, əgər heyvan qəfildən suya tərəf qaçmasaydı, o ceyran balasına kömək lazım olduğunu görməyəcəkdi.

Videodan da görünür ki, "Storm” ceyran balasını sahilə çıxarıb, sonra isə ayaqları ilə onu tərpətməyə çalışır.

Feylinin sözlərinə əsasən, ceyran balası özünə gələndən sonra yenidən suya tərəf qaçıb.

Lakin bu dəfə hadisə yerinə cəlb olunan xilasedicilər onu saxlaya biliblər. Hazırda o, heyvanlar üçün sığınacağa yerləşdirilib./oxu

 

İcmal.Az


RƏYLƏR