İslam Oyunlarının bağlanış mərasimindən – FOTOREPORTAJ

OXUNUB: 1177 index-manşet İDMAN

"Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.

Mərasimdə Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar bütün idmançıları və qonaqları əyləndirmək üçün səhnəyə çıxıblar.

Müğənni Tünzalə Ağayeva yan səhnədə "Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. 

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.

Qeyd edək ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal. 71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.

İcmal.Az Baku2017.com saytına istinadən bağlanış mərasimindən fotoları təqdim edir:

 

İcmal.Az

RƏYLƏR