İran Türkiyəni hədələdi: "Çox sərt cavab verəcəyik"

OXUNUB: 744 DÜNYA
İranın Türkiyə ilə sərhədinə yaxın bir ərazidə PKK terror qruplaşmasının İran qolu sayılan PJAK-ın hücumu nəticəsində iki hərbçi həlak olub.


Rəsmi Tehran məsələdə Türkiyənin məsuliyyət daşıdığını bilirib.

İran baş polis idarəsi sərhəd mühafizəçiləri komandiri general Qasım Rızayi 2 hərbçinin ölümü, 7 nəfərin də yaralanması ilə nəticələnən hücuma görə sərt cavab verəcəklərini bildirib.

Türkiyə ilə İran sərhədi yaxınlığında PJAK terror qruplaşması İran hərbçilərinə hücum edib. Nəticədə 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. İran tərəfi insidentə görə Türkiyənin məsuliyyət daşıdığını bildirib. İranlı general deyib: "Bu hücuma görə çox sərt cavab verəcəyik. Hadisəyə görə Türkiyə məsuliyyət daşıyır. Diplomatik kanallarla mövzunu izləyirik və bu məsələdə ilk addımları da artıq atmışıq"./olke.az
 

İcmal.Az

RƏYLƏR