"Beynim darmadağındı. Neçə vaxtdı ölümün bir addımlığında özümü qızımın xətrinə saxlayıram. Psixoloji məqamlar çoxdu. Son günlər isə düşünürəm: bəlkə ikimizi də öldürüm. Bu qədər qəddar ruh halındayam”.
Bu sözləri yazıçı-şair Aysel Əlizadə sosial şəbəkədəki hesabında yazıb. Bu fikrə düşməyinin səbəbini tam açıqlamayan A.Əlizadə bildirib ki, hazırda ciddi şəkildə köməyə ehtiyacı var:
"Bunu ona görə yazıram ki, bir vaxt sizə "intihar həddində insanlardan kömək istəyin" demişdim. Mən verdiyi məsləhətlərə özü əməl edən adamam. Nəsə deyin, hansısa sözlə kömək edin. Sakitləşə bilmirəm...”
İcmal.Az