İlham Əliyev: Bakının içməli su ilə təminatı yaxşılaşır

OXUNUB: 1004 index-manşet SİYASƏT

Son illərdə həm Bakıda, həm də demək olar ki, bütün bölgələrdə içməli su layihələri uğurla icra edilir. Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşır. Hələ gələcəkdə görüləcək işlər var, çoxdur. Buraya çəkilən 80 kilometr uzunluğunda su xətti əlbəttə ki, böyük vəsait tələb edən layihədir. Çünki Ceyranbatandan Pirallahıya, Gürgana, eyni zamanda, Xəzər rayonunun Zirə, Türkan qəsəbələrinə su xətti çəkilib. 

Bunu Azərbaycan prezidenti İlham Əliyev Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirakı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, bir neçə il bundan əvvəl Ceyranbatan su anbarında böyük təmizləyici qurğular kompleksi istifadəyə verilib. 

"Bu da dünya miqyasında ən böyük təmizləyici qurğudur. Buna görə, Pirallahıya içməli suyun gətirilməsi doğrudan da böyük layihədir - həm texniki, həm maliyyə cəhətdən böyük zəhmət və vəsait tələb edən layihədir. Ancaq bu layihə artıq reallaşıb. Biz bunu etmişik və bu, burada yaşayan vətəndaşlar üçün çox gözəl hədiyyədir”, - Azərbaycan prezidenti deyib.

 

İcmal.Az

RƏYLƏR