“İfşa edilən casus şəbəkəsinə görə ordumuzu gözdən salmamalıyıq” – Azər Verdiyev

OXUNUB: 1104 SİYASƏT

İCMAL.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Azərbaycan ordusunda bəzi hərbçilərə qarşı keçirilən əməliyyatla bağlı açıqlama verdi. M.Quliyev bildirib ki, əməliyyatı Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həyata keçirib.

Məsələyə münasibət bildirən QALİB-in sədri, ekspert Azər Verdiyev atılan addımların zəruri olduğunu qeyd etdi: "Bugün Azərbaycan dünyada sabitliyinə, dinamik inkişafına görə ön sıralarda durur. Ölkəmizdə müxtəlif sahələrdə beynəlxalq tədbirlər həyata keçirilir. Bir çox siyasi platformalar Bakını özlərinə məkan seçiblər. Bu ilk növbədə ölkəmizdə mövcud olan siyasi sabitlikdən xəbər verir. Tarixə nəzər salsaq görərik ki, bizim kimi ölkələr hər zaman böyük güclərin diqqət mərkəzində olubdur. Dünyanı idarə edən və ya idarə etməyə cəhd edən qruplaşmalar casusluq şəbəkəsi formalaşdıraraq ölkələri daxildən məhv etməyə çalışırlar. Çox təəssüf ki, bizdə də onlar hansısa formda yuva sala biliblər. Məhz DTX-nın və MN-nin ayıqlığı, çevikliyi sayəsində bu təhlükələrin qarşısı alınıb və alınmaqdadır. Bir məqama biz xüsusi olaraq həsasslıq nümayiş etdirməliyik. Bir qrup xəyanətkar hərbçiyə, casus şəbəkəsinə görə ordumuzu gözdən salmamalıyıq. Bizim ordumuz Mübarizlər, Fəridlər yetişdiribdir, onların əməyini yerə vurmaq olmaz. Bu yolverilməzdir. Hesab edirəm cəmiyyətdə ictimai çəkisi olan hər bir şəxs, hər bir qurum bu məsələyə həssas yanaşmalı, DTX-nın apardığı çoxşaxəli təhlükəsizlik tədbirlərinə dəstək verməlidir”

RƏYLƏR