Hindistanın prezidenti “toxunulmaz” oldu

OXUNUB: 897 DÜNYA
Hakim partiya Bxaratiya (Hindistan Xalq Partiyası) tərəfindən namizədliyi irəli sürülmüş Ram Natx Kovind Hindistanın yeni prezidenti seçilib.  
 
Bu barədə seçki komissiyası məlumat yayıb. NDTV telekanalının verdiyi xəbərə əsasən, Kovind seçicilərin 65%-nin səsini toplayıb. 

Qeyd edək ki, Kovind Hindistanın sayca 14-cü prezidenti oldu. O, həmçinin mənşəcə dalit (Hindistanda ən aşağı kasta olan "toxunulmazlar” belə adlandırılır) olan ikinci prezidentidir.   

Kovind yeni vəzifəsinin icrasına iyulun 25-dən başlayacaq./moderator
 
 
İcmal.Az

RƏYLƏR