Göyçay rayon sakinlərindən ÜRƏKDAĞLAYAN şikayət məktubu - QALMAQAL

OXUNUB: 1957 Seçilmiş Önəmli Özəl HADİSƏ
Göyçay rayon sakinləri əllərini hər yerdən, hər kəsdən üzərək Sfera.az-ın redaksiyasına şikayət məktubu daxil ediblər. Şikayətin əsas səbəbi Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin rayon sakinlərinə qan uddurmasıdır. Sakinlər həyat və sağlamlıqlarının ciddi təhlükə altında  qalmasından narazıdırlar.
 
 
Uzun müddətdir ki, zibil tullantılarından əziyyət çəkən rayon sakinlərinin çoxsaylı şikayət etmələrinə baxmayaraq, baş qaldırmış problemlərlə bağlı heç bir aidiyatı qurumlar əhalinin qeydinə qalmayıblar. Hətta bir çox media orqanlarına şikayət daxil etsələr də, rayonun GKTİ-nin müdiri Loğman Əliyev heçnəyə məhəl qoymayaraq öz çirkin əməllərini davam etdirir. 
 


Sfera.az bayramı günlərində redaksiyamıza ünvanlanan  şikayət məktubunu təqdim edir:

"Dəfələrlə yaranan problemlərlə bağlı rayon icra başcısına müraciət etmişik. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə  GKTİ-nin rəhbəri Loğman Əliyevlə ortağ qazandıqları pulların onu tam qane etdiyinə görə, onun barəsində daxil olan bütün şikayətləri əsassız sayaraq rədd edir. Hətta əlbir olub öz çirkin əməlləri ilə  bizlərə qan uddururlar. Başçı gözdən pərdə asmaq üçün guya Loğman Əliyevdən öz abırını gözləyir və çəkinir. Bir sözlə, heç bir problemlərimiz öz həllini tapmır, əksinə günü gündən daha da kəskinləşir. Arada qurban gedən bizlərik". 
 
 
Şikayətçilərin sözlərinə görə, əsas problemlərdən biri də zibilin suyu camaatın istifadə etdiyi arxın suyuna qarışır:

"Bu səbəbdən sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə qarşısında qalıb. Mal-qara tələf olur, camaat onkoloji xəstəliklərə yoluxur. Nə rayonun mərkəzinə, nə də biz tərəfə üz tutan zibil maşını yoxdur. Sanki, zibil maşınları suyu çəkilmiş dəyirman kimi yoxa çıxıblar. Zibillər günlərlə qapımızın ağzında yığılıb qalır, az qala ağzımıza girir. Ətrafa yayılan üfunət iyindən dayanmaq olmur. Bu səbəblərdən də yaşadığımız ərazi xarabalığa çevrilib. Bir sözlə, cənnət məkanımızı cəhənnəmə çevribilər. Özümüzü cənnətməkanda deyil, cəhənnəmdəki kimi hiss edirik. Acınacaqlı mənzərə yaranıb, bu da göz önündədir. Müraciətimizlə bağlı heç bir tədbirlər görülmür. Ümidimiz sizədir, bizlərdən bu əziz günlərdə köməyinizi əsirgəməyin”. 
 
 
Rayondan gələn fotofakda da aydın şəkildə görünür ki, aidiyyyatı qurumların rəhbərləri quruculuq işləri ilə məşğul olmaq əvəzinə, tam əksini edirlər. Rayon sözün əsl mənasında xarabalığa çevrilib, bir çox küçələrin kənarını zibil basıb. Bir sözlə, antisanitariya höküm sürür.
 
 
Sakinlərin şikayətlərini nəzərə alaraq, məsələ ilə bağlı rayonun icra orqanlarına zəng etdik. Bizi sakin bilərək sözümüzə məhəl qoymayıb, "gedin ürəyiniz hara istəyir şikayet edin. Biz bayramı qeyd edirik, bir də bizi narahat etməyin", - deyə cavab verdilər. Bu cavabdan sonra biz də öz növbəmizdə sakinlərin söylədiklərinə haqq qazandırası olduq. 
 
 
Son olaraq Prezident İlham Əliyevin çıxışlarına diqqət etsək görərik ki, məmurlar, nazirlər qarşısında şəffavlıq, özbaşınalığa yol verməmək və xalqa xidmət kimi məsuliyyətli tələblər qoyulub. Dövlət rəhbəri özü şəxsən ölkədə baş verən prosesləri diqqətlə izləyir və proseslərdən nəticə çıxarır. Birinci şəxs hansı məmurun nə işlə məşğul olmasından 100% xəbərdardır. O, görülən işlərdən yaxından tanış olur, problemlərdən anındaca xəbər tutur və nöqsanların təkrarlanmaması üçün ciddi addımlar atır. Vəzifə səlahiyyətindən sui-istifadə İlham Əliyevin bağışlamadığı səhfdir. O, ölkə başcısı olaraq şəffaflığın tərəfindədir. Cənab İlham Əliyevin özünün də dediyi kimi, apardığı islahatların kökündə yeganə və başlıca amil vətəndaş və xalqdır. O, xalqın rifahını düşünür və bu istiqamətdə lazımi addımlar və tədbirlər görür.  Dövlət başçısı dəfələrlə açıq şəkildə bildirib ki, ən ucqar kənddə belə vətəndaşları qəsdən incidən, süni əngəllər yaradan, məmurlar dərhal cəzalandırılacaq.
 
 
Ümid edək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə  və GKTİ-nin rəhbəri Loğman Əliyev ən başlıcası prezident İlham Əliyevin çıxışından nəticə çıxaracaq və sakinlərin problemlərini həll edib aradan qaldıraraq müvafiq tədbirlər görəcəklər. 
 
 
P.S  Mövzunu diqqətdə saxlayacağıq . Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq./sfera.az

İcmal.Az
 















RƏYLƏR