Gürcüstan Azərbaycana avtomobil ixracını kəskin artırıb

OXUNUB: 88 İQTİSADİYYAT

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 9 mln. 277,2 min dollar dəyərində 357 ədəd avtomobil gətirilib. 

İcmal.Az xəbər verir ki, bu barədə APA Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.

Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 4 ayı ilə müqayisədə 137 ədəd və ya 62,3% çoxdur. Məbləğ baxımından isə bu rəqəm 2 mln. 181,9 min dollar və ya 30,75% çoxdur.

Qeyd edək ki, 2016-cı ilin 4 ayında Gürcüstandan Azərbaycana 7 mln. 95,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib.

İcmal.Az

RƏYLƏR