Filippində İŞİD dəhşəti — 103 nəfər həlak oldu

OXUNUB: 1198 DÜNYA
Filippində İŞİD terrorçuları ilə hökumət qüvvələri arasında silahlı toqquşmalar gedir.


Toqquşmalarda 103 nəfər həlak olub. Maravi şəhərində gedən döyüşlərdə 61 İŞİD terrorçusu məhv edilib. Həlak olanlar arasında 19 nəfər dinc sakin, 11 hərbçi və 4 polis əməkdaşı var.

Hökumət qüvvələri və terrorçular arasında toqquşma 23 may tarixində başlayıb. Filippin prezidenti Rodriqo Duterte bu zaman Rusiyada rəsmi səfərdə olub.

O, İŞİD terrorçuları ilə əlaqəsi olan "Maut" qruplaşmasının fəaliyyət göstərdiyi Mindanao əyalətində fövqəladə vəziyyət elan edib. 25 may tarixində ordu Maravi küçələrini terrorçulardan təmizləməyə başlayıb./olke.az
 
İcmal.Az

RƏYLƏR