Ərini bacısına öldürtdürən mafiya başçısı tutuldu - FOTOLAR

OXUNUB: 739 DÜNYA

Latın Amerikası ölkələrində çoxsaylı cinayətkar dəstələrin törətdiyi qətllər əhalini narahat edirdi.

"Patroniçə" ləqəbi ilə tanınan Qvatemalanın ən qatı mafiyasının yeganə qadın lideri Marixa Lemus saxlanılıb.

Marixa Lemusun muzdlu qatillərdən ibarət dəstəsi törətdikləri cinayətlərlə ölkədə qorxu imperatorluğu yaratmışdılar.

Mafiyanın cinayətkar üzvlərinin hamısı qadının qohumlarıdır. Öz həyat yoldaşını bacısına öldürtdürən qadın 6 ildir ki, axtarılırdı.

Uzun müddət axtarışdan sonra Marixa Lemus keçən ilin sonunda geniş miqyaslı əməliyyatlar nəticəsində həbs olunmuşdu. Lakin həbsxana işçilərindən bir neçəsini pulla ələ alan qadın az sonra cəzaçəkmə müəssisəsindən qaçmağa müvəffəq olub.

Tanınmamaq üçün saçlarının rəngini dəyişən qatil qadın Qvatemala polisi tərəfindən yenidən saxlanılıb. Qadına 94 il müddətinə ağırlaşdırılmış həbs cəzası kəsilib./publika.az

İcmal.Az

 


RƏYLƏR