Elmar Məmmədyarov Macarıstana gedir

OXUNUB: 982 SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 24-də Macarıstanda rəsmi səfərdə olacaq.

 Səfər çərçivəsində E.Məmmədyarovun Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

2014-cü ildə Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto Azərbaycana rəsmi səfər edib.

 

İcmal.Az

RƏYLƏR