Deputat: Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdi

OXUNUB: 1093 GÜNDƏM DÜNYA

"Petro Poroşenko Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib”.

İCMAL.Az-ın Life-a istinadən verdiyi xəbərə görə, bunu Radikal Partiyanın xalq deputatı İqor Mosiyçuk bildirib.

"Mixo Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum ediblər və bu göstərir ki, prezident Petro Poroşenko, nəhayət, öz səhvlərini etiraf etməyə başlayıb”, - Mosiyçuk bildirib.

Qeyd edək ki, bu məlumat hələ təsdiqlənməyib.


RƏYLƏR