Bakıda sərnişin avtobusunda qızın beli qırıldı

OXUNUB: 730 HADİSƏ
Bakının Nərimanov rayonunda sərnişin avtobusunda bədbəxt hadisə baş verib.

icmal.Az report-a istinadən xəbər verir ki, hadisə 24 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Keşlə bazarı yaxınlığında ikən sürücünün qəfil əyləcə basması nəticəsində avtobusda olan sərnişinlərdən biri, 1995-ci il təvəllüdlü Salmanova Nərmin İlham qızı arxasıüstə yıxılıb və onun bel nahiyəsi arxa oturacağa dəyərək qırılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR