Bakıda maşın piyadanı vuraraq üzərindən keçib

OXUNUB: 5220 Video ŞOU-BİZNES index-manşet İDMAN

Bakı. 29 aprel. / Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Dadaşov Tərlan Məmmədağa oğlu dostları ilə kafedən çıxıb yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Avtomobil onun üzərindən keçib. Nəticədə yaralı ağır kəllə-beyin və bədən travması ilə xəstəxanaya yerləşdirilib. Onun hər iki ayağı amputasiya edilib. Vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR