Bakıda ləvənginin içindən qurd çıxdı - VİDEO

OXUNUB: 811 SOSİAL
Tortun, konfetin içindən qurd çıxdığı haqda xəbərlər çox eşitmişik, bu dəfə isə ləvənginin içindən qurd çıxıb.

"Xəzər Xəbər"in izləyicilərindən biri votsap nömrəmizə Bakıda aldığı ləvənginin videosunu çəkib göndərib. Ağ qurdlar ləvənginin içində hərəkət edir. Bu hadisə qida məhsullarının çox zaman lazımi temperaturda və ya şəraitdə saxlanılmadığını ortaya qoyur.

Videodan açıq aydın görünür ki, ləvənginin içində ağ qurdlar var və diridirlər.

Ekspertlər ləvəngilərin ümumiyyətlə standartlardan kənar hazırlandığını və saxlanıldığını təsdiqləyir.

Qida məhsulunda qurdların əmələ gəlməsi kifayət qədər təhlükəlidir və insan orqanizminə ciddi ziyan vura bilər.

İstehlakçılar belə vəziyyətlərlə qarşılaşdıqda mütləq İqtisadiyyat və Səhiyyə nazirliklərinə məlumat verməlidirlər ki, məhsulun satıldığı yerlə bağlı tədbir görülsün.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir: 
 
 
İcmal.Az

RƏYLƏR