Bakı metrosunda BİABIRÇI OLAY: Cırıq şalvar geyinən qızı təpiklədilər, sonra isə... - FOTO

OXUNUB: 1183 GÜNDƏM HADİSƏ
Bakı metrosunda təəccüblü hadisə baş verib.

İCMAL.AZ xəbər verir ki, cırıq şalvar geyinən qız bir kişi tərəfindən döyülüb. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qız polis çağıran kimi həmin şəxs hadisə yerindən uzaqlaşıb:

"Sahil metrosunda bir qız modda olan cırıq şalvar geyinib, üzərindən bir az göbəyi açıq köynək. Bir başdan xarab da götürüb qıza itin sözünü deyib hamının yanında təpiklədi. Axmaq insan, sən camaatın əxlaqına sahib çıxmaqdansa, get özünü müalicə elətdir. Bu nə zorakılıqdır qadına qarşı. Belə kişisən, qız polis adını çəkən kimi niyə qaçdın, ay binamus!!! Bütün qeyrət keşikçilərinə aiddir status. Abrınızı başqasının geyimində axtarmayın!!!
#qadınaqarşızorakılığason hamı buna münasibət bildirsin. Sahil metrosundan o görüntülər göstərilsin və polis həmin adamı tapsın cəzalandırsın. Biganə qalmayaq!!! Mən şəxsən gözümün şahidiyəm. Kaş ki, çəkərsim o binamusun üzünü".

RƏYLƏR