Azərbaycanın turizm imkanları Daşkənddə təqdim olunub

OXUNUB: 110 MÜSAHİBƏ index-manşet SOSİAL

Bakı. 29 aprel. / Daşkənd Dövlət İqtisadiyyat Universitetində "Turizm təhsili: problemlər və perspektivlər" adlı konfrans keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycanı ölkənin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Konfransda mərkəzin nümayəndəsi Kifayət Pirməmmədova Azərbaycan Turizm və Menecment Universiteti barədə məruzə edib. O, Azərbaycanda turizm təhsili sahəsində dünya standartlarına cavab verən ali təhsil ocağının tədris prosesi və tədrisdə qazanılan uğurlar barədə danışıb.

Daha sonra müzakirələr keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzi direktoru Samir Abbasov Azərbaycanın turizm təhsili sahəsində Özbəkistanla əməkdaşlığa önəm verdiyini qeyd edib. S.Abbasov Azərbaycanın turizm sahəsində böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ölkənin şəhərlərinin görkəminin tamamilə dəyişdiyini və son illər Azərbaycana böyük turist axının olduğunu vurğulayıb. 

float: left; width: 100%;">

RƏYLƏR