Azərbaycanda siqaret istehsalı kəskin azalıb

OXUNUB: 959 İQTİSADİYYAT
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 10692 min manat həcmində tütün məmulatları istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır.

İcmal.Az-ın məlumatına görə, bu barədə Report nəşri Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, ölkədə bu ilin ilk dörd ayı ərzində 193,5 mln. ədəd papiros və siqaret, 940,5 ton fermentləşdirilmiş tütün istehsal olunub. İllik müqayisədə fermentləşdirilmiş tütün istehsalında 14,7% artım, papiros və siqaret istehsalında isə 77,7% azalma qeydə alınıb. 

Qeyd edək ki, cari il mayın 1-nə ölkədə 2,1 mln. ədəd hazır məhsul ehtiyatı yaranıb

İcmal.Az

RƏYLƏR