Azərbaycan prezidenti Riqada - YENİLƏNİB

OXUNUB: 25 index-manşet SİYASƏT

Bu gün Riqada Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin geniş tərkibdə görüşü olub.

 Məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb. 

12:09

Bu gün Latviya prezidentinin iqamətgahında – "Riqa” qəsrində Azərbaycan Respublikası prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

 Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya prezidenti Raymonds Veyonis Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya prezidenti Raymonds Veyonisə təqdim olunub.

Azərbaycan prezidenti İlham Əliyev "Riqa” qəsrinin "Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra hədiyyələr təqdim edilib.

Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. 

İki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İcmal.Az

RƏYLƏR