AP-ın rəsmisi: Qarabağda status-kvo daha qala bilməz

OXUNUB: 855 DÜNYA

Qarabağda status-kvo daha saxlanıla bilməz, Avropa Parlamentinin (AP) xarici işlər üzrə komissiyasının sədri Devid Makallister belə hesab edir.

"Bu qarşıdurmanın hərbi həlli yoxdur. Beynəlxalq hüquq çərçivəsində bütün mümkün vasitələrdən istifadə etmək lazımdır. Aİ münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində istənilən diplomatik səyləri dəstəkləyir”, - o, mayın 25-də Yerevanda keçirilən mətbuat konfransında bildirib. 

"Aİ insan ölümünə səbəb olan addımları dayandırmaq üçün tərəfləri ATƏT-in Minsk qrupunun hazırladığı təkliflər əsasında müqəddiməsiz danışıqlara başlamağa çağırır”, - o deyib. /oxu

 

İcmal.Az

RƏYLƏR