Azərbaycanda cüzi tələbləri yerinə yetirməklə media - qəzet, jurnal, informasiya agentliyi yaratmaq mümkündür. Bunun nəticəsidir ki, indi ölkədə kütləvi informasiya vasitələrinin sayı 4000-i ötüb. Gündəlik xəbərlərlə tanış olmaq üçün qəzetlərə baxmaq, televiziya kanallarında xəbərləri izləmək, informasiya agentliklərinin saytlarına baş çəkmək kifayətdir. Ancaq bunun üçün əməlli-başlı vaxt lazımdır – üstəlik müxtəlif internet saytlarının adlarını yadda saxlamaq, bir-bir açaraq saatlarla xəbərləri, müxtəlif yazıları incələmək də tələb olunur.
İcmal.az saytı vaxtın qiymətini bilən müasir internet istifadəçilərini bu çətinlikdən xilas edir. Saytda Azərbaycanda fəaliyyət göstərən televiziyaların, qəzetlərin, informasiya agentliklərinin yaydığı xəbərlər, məlumatlar, yazılar toplanır və oxucuya təqdim olunur. Sayt hər bir kateqoriyadan olan oxucunun tələbatına uyğun formalaşdırılıb. Burda istənilən sahəyə aid gündəlik xəbərlərlə tanış olmaq, maraqlı yazılar oxumaq, foto və videolara baxmaq mümkündür. Azərbaycandilli informasiya mənbələrinin yaydığı bütün yazıların bir yerə cəmləşdirilməsi istifadəçini lüzumsuz yerə vaxt itirərək nəhəng internet şəbəkəsində axtarış aparmaqdan xilas edəcək. Bircə saytı açmaqla istifadəçi gün ərzində Azərbaycanda və dünyada hansı hadisələrin baş verdiyini, KİV-lərin nələrə diqqət ayırdıqlarını görə biləcək. İcmal.az gündəlik xəbərlər dənizinin yalnız müəyyən hissəsi ilə maraqlananlar üçün də əlverişlidir – maraqlandığınız sahə ilə bağlı ölkə mətbuatında gedən bütün xəbərləri, informasiyaları, yazıları, müsahibələri saytımızın bir bölümünə daxil olmaqla tapa bilərsiniz.


