83 gündə 38 fərqli ölkədə evləndilər – FOTO

OXUNUB: 802 MARAQLI

Cheetah Platt və Rhiann Voodyard cütlüyü evliliyi bir adət halına gətirib. Ölkə-ölkə, şəhər-şəhər 83 gün boyu 38 fərqli ölkədə onlarla dəfə evlənən cütlük hazırda internet fenomeninə çevrilib.

İcmal.Az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, harada evlənəcəklərinə qərar verə bilməyən cütlük səyahət etdikləri ölkələrdə evlənmək qərarına gəliblər.  

Cütlük nə gəlinlik, nə də bəylik kostyumu ilə məşğul olub, buna vaxt ayırmayıb. 

Onlar 83 gün içərisində 38 fərqli ölkədə evləniblər. ABŞ-ın Los-Anceles şəhərində yaşayan cütlüyün peşəsi akrobatlıqdır. Dünya miqyasında evlilik statusunu qazanan cütlük artıq bütün dünyada məşhurdur. Təxminən 3 ay davam edən bu serial nikahları zamanı ər-arvad gəzdikləri ölkələr sayəsində bal ayını da keçirmiş olublar. Cütlük "niyə bütün dünya ölkələrində evlənmək istəyirsiniz” sualına cavabda bildiriblər ki, Los-Anceles olduqca bahalı şəhərdir.

Bu səbəbdən də doğma şəhərdə toy etmək sərvət dəyərində pul xərcləməyə bərabərdir. Bir toya dünyanın pulunu vermək yerinə cütlük dünyanın bir çox yerində evlənməyə qərar veriblər.

 

RƏYLƏR